Facebook Pixel Code
Daylaxlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Daylaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonu ərazisində, indi Vayotsdzor vilayətində kənd. Vi­layət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərin­dən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşirdi. "İrəvan əyaləti­nin icmal dəftəri"ndə "Daylaqan" (143, s. 59), Qafqazın 5 verstlik xəritəsində "Daylaxlı" kimi (348, s. 73) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 87,1886-cı ildə 184,1897-ci ildə 60, 1904-cü ildə 218, 1914-cü ildə 240, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır (415, s. 88-89, 158-159). 1918-ci ildə kənd erməni silahlı bir­ləşmələrinin təcavüzünə məruz qalaraq sakin­ləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı yaşamış (415, s. 88-89), onlar da 1928-1929-cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır. Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 may 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Arin" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 34).

Coğrafi koordinatları: 39°43' şm. e., 45°29' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow