Facebook Pixel Code
Haçasu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Haçasu - Yelizavetpol (Gəncə) quberniyası­nın Qazax qəzasında, keçmiş Karvansara (İce­van) rayonunda, indi Tavuş vilayətində kənd. Vi­layət mərkəzi İcevan (Karvansara) şəhərindən 14 km şimalda, dəniz səviyyəsindən 750 m hündür­lükdə yerləşir. Toponim "haçalanmanın başlan­dığı yer" mənasında işlənən "haça" sözü ilə (12, s. 359) türk dilində "çay" mənasında işlənən "su" sözünün (359, IV (1), s. 745; 339, s. 528-529) birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd "Haçasu" adlanmışdır. Burada əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Kəndin adı 1920-ci ildə kalka üsulu ilə erməni dilinə tərcümə edilərək "Açacur" ad­landırılmışdır. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 23).

Coğrafi koordinatları: 40°59' şm. e., 45°08' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow