Birəli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Vedi rayonunda, indi Ararat vilayətində kənd. Kəndin başqa adı Pirli olmuşdur (415, s. 84). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 43 km cənub-şərqdə, dəniz səviyyəsindən 1815 m hündürlükdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Pi- rilər" formasında (143, s. 173), 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Yuxarı Pirli" (143, s. 107), Qafqazın 5 verstlik xəritəsində "Birəli" kimi (348, s. 39) qeyd edilmişdir. Birəli toponimi Pirilər/Pirli toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim adının Pirilər/Pirli olmasına istinad edərək bu qənaətə gəlmək olar ki, toponim "pirilər/pirli" etnonimi əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lancar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 86).
Coğrafi koordinatları: 39°49' şm. e., 44°59' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/