Göysu - Vardenis şəhərinin Qeqarkunik mərzində (əsl türkcə Basarkeçər) Azərbaycan kəndi. 1897-ci ildə - 187 nəfər,1905-ci ildə - 233 nəfər,1914-cü ildə - 360 nəfər,1926-cı ildə - 227 nəfər, 1939-cu ildə - 314 nəfər, 1959-cu ildə - 264 nəfər, 1979-cu ildə - 531 nəfər azərbaycanlı yaşamışdır.Əhalinin artımının olmaması azərbaycanlıların hansı təqiblərə və özbaşınalıqlara məruz qaldığını göstərir. 1988 - ci ildə bütün azərbaycanlılar zorla qovulmuşdur.Göysu - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 97 km şərqdə, dəniz səviyyəsindən 2075 m hündür¬lükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 59) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 187, 1908-ci ildə 233, 1914-cü ildə 360, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26- 27, 110-111). 1919-cu ildə erməni silahlı birləş¬mələri tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra - 1922-1924-cü illərdə azərbay-canlılar ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 227, 1931-ci ildə 215 (415, s. 26-27, 110-111), 1939-cu ildə 314, 1959-cu ildə 264, 1970-ci ildə 396, 1979-cu ildə 531 nəfər (427, s. 896; 416, s. 25) azərbaycanlı yaşa¬mışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi-etnik vətənlə¬rindən qovulmuşlar. Hazırda orada ermənilər yaşayır. Toponim Azərbaycan dilində rəng bil¬dirən "göy" sözü ilə qədim türk dilində "çay" mənasında işlənən "su" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Avazan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 25).
Coğrafi koordinatları: 40°18' şm. e., 45°42' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/