Facebook Pixel Code
Dərəkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Dərəkənd - İrəvan quberniyasının Alek­sandropol qəzasının Pəmbək bölgəsində, keç­miş Quqark (Qarakilsə) rayonunda, indi Lori vi­layətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 31 km şimal- şərqdə, Çaxçaxlı çayının sahilində, Çubuxlu da­ğının ətəyində, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir (143, s. 135). Kənd­də əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim "iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur" mənasında iş­lənən "dərə" sözü ilə (278, s. 62; 10, s. 74) "kənd" coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün "Dərə- kənd" adlandırılmışdır. Coğrafi ərazinin adı er­məni dilinə kal ka edilərək "Dzoragyuğ" adlandı­rılmışdır. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 126-127).

Coğrafi koordinatları: 40°57' şm. e., 44°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow