Kələrə - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Zəngibasar (Masis) yaşayış məntəqəsindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı "Kalalı/Kalaley" olmuşdur (415, s. 50). 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Kelare" kimi qeyd edilib (143, s. 159). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51). 1928-1929-cu illərdə azərbaycanlılar kənddən deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Toponim türk dilində "dayaz dərə" mənasında işlənən "kol" (kal) sözü ilə (359, II (1), s. 582-583) "hüdud", "sərhəd" mənasında işlənən "ara" sözünün (9, s. 114) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Qu- kasavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 129).
Coğrafi koordinatları: 40°07' şm. e., 44°25' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/