Facebook Pixel Code
Cul
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cul - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 32 km cə­nub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında, dəniz səviyyəsindən 1880 m hündür­lükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftə­rində   (143, s. 60), Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmişdir (348, s. 84). Tarixi mənbələrdə XIII əsrdən xatırlanır (422, s. 91). Kənddə 1831-ci ildə 117, 1873-cü ildə 708, 1886-cı ildə 899, 1897-ci ildə 1214, 1904-cü ildə 1222, 1914-cü ildə 1344, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 90-91, 158-159). 1918-ci ildə kəndin erməni silahlı bir­ləşmələrinin təcavüzünə məruz qalmış əhalisi - azərbaycanlılar deportasiya olunmuşdur. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra öz tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 717, 1926-cı ildə 431, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90-91, 158-159). SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950- ci ildən burada ermənilər yaşayır. Toponim "çul" türk etnonimi (287, s. 111-114; 211, s. 190-194) əsasında yaranmışdır. Etnotoponimdir. Erm. SSR AS RH-nin  19 aprel 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Hartavan" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Vayotsdzor vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 38). Coğrafi koordinatları: 39°39' şm. e., 45°37' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow