Facebook Pixel Code
Dəlikdaş
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Dəlikdaş - İrəvan quberniyasının Novo-Bə- yazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Mar­tuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 29 km cənub-şərqdə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 56), Qafqazın 5 verstlik xəritəsində (348, s. 74) qeyd edilmişdir. Erməni ədəbiyyatında kəndin 1828-ci ildə salındığı göstərilir (416, s. 99). Əslində, erməni tədqiqat­çıları tarixi həqiqəti saxtalaşdırmışlar. Çünki 1728-ci il tarixində tərtib edilmiş "İrəvan əyaləti­nin icmal dəftəri"ndə Göyçə nahiyəsinin kəndlə­rindən birinin - Dəlikdaş kəndinin olduğu qeyd edilir (143, s. 56). İrəvan xanlığının Rusiya qo­şunları tərəfindən işğalından sonra ermənilər Türkiyənin Muş və Ələşkirt bölgələrindən gələrək kənddə yerləşmişlər. Toponim "dərin, dar çuxur" (10, s. 62, 53), "mağara" (278, s. 61) mənalarında işlənən "dəlik" sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən "daş" sö­zünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponim­dir. Kəndin adı hərfi tərcümə edilərək 1920-ci ildə "Tsaxkar" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 98-99).

Coğrafi koordinatları: 40°10' şm. e., 45°11' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow