Facebook Pixel Code
Korbulaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Korbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Araqats (Alagöz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati- ərazi bölgüsündən çıxarılıb həmin rayonun tər­kibinə daxil edilmişdir. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 44 km şimal-qərbdə, də­niz səviyyəsindən 2135 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə­nilərin bölgədə məskunlaşdırılmasından sonra əhali Türkiyəyə köç etmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 129). Topo­nim "çıxış yolu olmayan", "gözü olmayan (bulaq), yarıda quruyan" mənasında işlənən "kor" sözü ilə "bulaq" sözünün birləşməsindən əmələ gəl­mişdir. "Kor" sözü "Kor çay" hidronimində "heç bir hövzəyə tökülməyib yarıda quruyan çay" mə­nasında işlənmişdir (11, s. 95). Erm. SSR AS RH- nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Şenkani" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Araqatsotn vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 158).

Coğrafi koordinatları: 40°38' şm. e., 44°16' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow