Facebook Pixel Code
Evli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Molla Eyyublu (Evli) - Tiflis quberniyası­nın Borçalı qəzasında, keçmiş Kalinino rayonun­da, indi Lori vilayətində kənd. Vilayət mərkə­zi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 52 km şimal-qərbdə, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi- Kalinino rayonu təşkil edilənə qədər keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində ol­muşdur. Mənbələrdə kəndin digər adının "Nov­ruz xaraba" olduğu da göstərilir (415, s. 78). Kənddə 1886-cı ildə 58, 1897-ci ildə 241, 1908- ci ildə 100, 1914-cü ildə 127 nəfər azərbaycanlı yaşamışdır (415, s. 78-79, 148-149). 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləş­mələri tərəfindən deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulan­dan sonra öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 271, 1926-cı ildə 334, 1931-ci ildə 382 (415, s. 78-79, 148-149), 1939-cu ildə 440, 1959-cu ildə 577, 1970-ci ildə 738, 1979-cu ildə 851 nəfər (416, s. 127) azərbaycanlı yaşamış­dır. 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərin­də kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasi­ya edilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "eyyublu" etnonimi əsasında əmələ gəlib, "eyyublu tayfasından olan mollaya məxsus kənd" anlamını verir. Etnotoponimdir. Kəndin adı əwəllcə dəyişdirilərək "Evli" qoyul­muş, sonra Erm. SSR Ali Sovetinin 3 aprel 1991-ci il tarixli qərarı ilə bu ad da dəyişdirilərək kənd "Dzoramut" adlandırılmışdır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, kənd Lori vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 127).

Coğrafi koordinatları: 40°11' şm. e., 44°17' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow