Facebook Pixel Code
Becni
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bicni - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərin­dən 14 km cənub-qərbdə, Zəngi çayının sağ sa­hilində, Zincirli dağının ətəyində, dəniz səviyyə­sindən 1610 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Beçni" formasında (143, s. 36), Qafqazın 5 verstlik xəritəsində "Bi-cni" kimi (348, s. 34) qeyd edilmişdir. Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra - 1829-1830-cu illərdə, eləcə də 1915- 1927-ci illərdə Türkiyənin Bolis, Van bölgələrin­dən köçürülmüşdür (427, s. 737). Kənddə ermə­nilərlə yanaşı, 1831-ci ildə 232, 1873-cü ildə 685, 1908-ci ildə 826, 1914-cü ildə 1176, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17, 100-101). 1918-1920-ci illərdə azər­baycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildən azərbaycanlılar öz doğma kəndlərinə qayıda bil­mişlər. 1926-cı ildə kənddə 48, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır (415, s. 17, 101). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-ci ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmüş­dür. Kənddə indi yalnız ermənilər yaşayır. Topo­nim beçenek türk tayfasının (399, s. 488) adı əsasında yaranmışdır. Bjni "beçenək" etnonimi­nin ərəb dilində yazılış formasıdır. Kəndin ərazisi "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 49).

Coğrafi koordinatları: 40°27' şm. e., 44°38' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow