Facebook Pixel Code
Adamxan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Adamxan - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Mar- tuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 26 km cənub-şərqdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 22). 1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1828-1829-cu və 1877- 1878-ci illərdə Türkiyənin Ələşkirt vilayətinin kəndlərindən köçürülüb gətirilən ermənilər bu­rada yerləşdirilmiş (386, s. 595-598; 416, s. 189) və azərbaycanlılar deportasiya olunmuşdur. To­ponim şəxs adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Vardadzor" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 189).

Coğrafi koordinatları: 40°11' şm. e., 45°11' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow