Facebook Pixel Code
Pəmbək
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Pəmbək - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Quqark (Qarakilsə) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 7 km şimal-şərqdə, Qarakilsə-Allahverdi yolunun 25 kilometrliyində, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmişdir (348, s. 30). Kənddə əvvəl­cə azərbaycanlılar yaşamış, ermənilərin bölgə­də məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. 1920-ci ildən sonra xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdiril­mişdir (415, s. 133). Toponim iki komponentdən İbarətdir. Birinci komponent qədim türk dilin­də "dar keçid" mənasında işlənən "paam/baam, bom/boom" (337, s. 238; 339, s. 91), ikinci kom­ponent "təpəlik", "yüksəklik, zirvə, başlanğıc, hündürlük" mənasında işlənən "bak" (bək) sö­zündən (339, s. 66) ibarətdir. "Dar keçid yanında­kı təpəlik, yüksəklikdə, zirvədə olan kənd" mə­nasını İfadə edir. "Bak" (bək) türk dilində "təpə tirələri" mənasında işlənən "baku" sözündə özü­nü göstərir (299, s. 83). Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Pa m bak" kimi yazılır. "Ermənistan Respublika­sının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 201).

Coğrafi koordinatları: 40°50' şm. e., 44°33' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow