Facebook Pixel Code
Dostlu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qurumsulu (Dostlu) - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) ra­yonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 48 km şimalda, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. Kənddə əvvəl­cə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim türk dilində "ya­macda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən "qurum" sözü ilə (339, s. 320) "-lu" şəkilçisi qəbul etmiş "su" sözünün birləşməsindən əmələ gəlmişdir. "Qu­rum" sözü qədim türk dilində "qaya parçası" mə­nasında "qorum" (qorum) formasında işlənmiş­dir (299, s. 46). Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Kəndin adı dəyişdirilərək "Bareqamavan" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 44).

Coğrafi koordinatları: 41°10' şm. e., 45°06' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow