Aşağı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 12 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 3) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Səlmas və Xoy bölgələrindən köçürülmüşdür (427, s. 431). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 11, 1926-cı ildə isə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47). Toponim türk mənşəli "ağbaş" etnonimi (238, s. 323; 92, s. 24) əsasında əmələ gəlmişdir. "Aşağı" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə adı dəyişdi- rilərək "Arevşat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Coğrafi koordinatları: 40°02' şm. e., 44°32' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/