Gülablı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 39 km şimal- şərqdə, Örtülü dağının ətəyində, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Gülaplı", "Gülab", "Gülabdı" formalarında da qeyd edilir (415, s. 4). "İrəvan əyalətinin icmal dəftəri"ndə "Güləbdi" formasında (143, s. 110), Qafqazın 5 verstlik xəritəsində "Gülablı" kimi (348, s. 70) qeydə alınmışdır. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdı- rılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim "gülablı" nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Erm. SSR AS RH- nin 15 iyun 1946-cı il tarixli qərarı ilə kəndin adı hərfi tərcümə edilərək "Dzoraqlux" adlandırıl-mışdır. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayəti¬nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 126).
Coğrafi koordinatları: 40°34'49" şm. e., 44°29' 07" ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/