Facebook Pixel Code
Ağcaarx
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağcaarx - İrəvan quberniyasının Eçmiəd- zin qəzasında, keçmiş Qurduqulu (Hoktember- yan) rayonunda kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 7 km cənub-şərqdə yer­ləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (s. 91), Qafqazın 5 verstlik xəritəsində (348, s. 4) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 129, 1873-cü ildə 508, 1886-cı ildə 669, 1897-ci ildə 822, 1904-cü ildə 720, 1914-cü ildə 763, 1916-cı ildə 709 nəfər azərbaycanlı yaşamışdır (415, s. 62-3, 138-139). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olun­muşdur. Kəndə xaricdən köçürülüb gətirilən er­mənilər yerləşdirilmişdir. İndiki Ermənistan əra­zisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik tor­paqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 137, 1926-cı ildə 159 nəfər azərbaycanlı yaşamışdır (415, s. 63, 139). Kənd­də yaşayan azərbaycanlılar sıxışdırılaraq 1930-cu ildə deportasiya olunmuşdur. Toponim Azərbay­can dilində "ağımtıl" mənasında işlənən "ağca" sözü ilə Azərbaycan dilində "su axıtmaq üçün qazılan cığır" mənasında işlənən "arx" sözündən əmələ gəlmişdir. Kəndin ərazisində axan arxın şəffaflığına görə kənd "Ağcaarx" adlandırılmış­dır. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Arevik" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati əra­zisinə daxil edilmişdir.

Coğrafi koordinatları: 40°06' şm. e., 44°05' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow