Facebook Pixel Code
Ərzəkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ərzəkənd - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayo­nunda, İndi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 21 km şimal- qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayı­nın sağ tərəfində, Güllü dağının ətəyində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ərzqan" (143, s. 78), Qafqazın 5 verstlik xəritəsində "Ar- zakənd" (348, s. 19), erməni müəlliflərinin əsər­lərində "Arzakan" (427, s. 431) kimi qeyd edil­mişdir. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-1830-cu il­lərdə İranın Maku, Xoy, Türkiyənin Bəyazid və Muş vilayətlərindən, habelə Tiflisdən köçürül­müşdür (427, s. 431). Kənddə 1831-ci ildə 33, 1873-cü ildə 239, 1886-cı ildə 312, 1897-ci ildə 255, 1908-ci ildə 528, 1914-cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər azərbay­canlı və erməni yaşamışdır (415, s. 16-17, 106- 107). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşdur. Sağ qalan azərbaycanlılar indiki Ermənistan əra­zisində sovet hakimiyyəti qurulduqdan sonra doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamış­dır (415, s. 17, 107). 1928-1930-cu illərdə azər­baycanlılar zorla öz doğma kəndlərindən qovul­muşlar. İndi kənddə yalnız ermənilər yaşayır. Toponim "ərz" və "kənd" sözlərinin birləşməsin­dən əmələ gəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Ar­zakan" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 33).

Coğrafi koordinatları: 40°26' şm. e., 44°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow