Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Quqark (Qarakilsə) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 27 km şimal-şərqdə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Erməni mənbələrinə görə, kəndin əsası 1870-ci ildə qoyulmuşdur (427, s. 283). Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbiristanlığın xarabalıqları indi də durur. Kənddə ermənilərin məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən yer-yurdları- nı tərk etmişdir. Toponim maldarlıqla məşğul olan "kolagirən" etnonimi (406, s. 216) əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Antaramut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 21).
Coğrafi koordinatları: 40°56' şm. e., 44°33' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/