Ərqov - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Əştərək rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 11 km şimal-qərbdə, Qalasız çayının sahilində, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ərqov" kimi (143, s. 89), Qafqazın 5 verstlik xəritəsində "Erqov" formasında (348, s. 302) qeyd edilmişdir. Erməni ədəbiyyatında kəndin 1831-ci İldə salındığı göstərilir (416, s. 210). Əslində, bu, tarixi həqiqəti saxtalaşdırmaqdır. Çünki 1728-ci İl tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Karpi nahiyəsinin tərkibində Əhmədin adına olan ti- mara aid "Ərqov kəndi" əksini tapmışdır. Kəndin İllik gəlirinin 4500 ağça olduğu göstərilir (143, s. 89). Burada 1831-ci ildə 54, 1873-cü ildə 237, 1886-cı ildə 337, 1897-ci ildə 380, 1908-ci ildə 280, 1914-cü ildə 721, 1916-cı ildə 646, (415, s. 22-23, 108-109), 1918-ci ildə 280, 1919-cu İldə 218 nəfər yalnız (309, s. 221) azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar (309, s. 221). 1919-1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 58, 1926-cı ildə 25 nəfər azərbaycanlı yaşamışdır (415, s. 22- 23,108-109). 1929-1930-cu illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk dilində "igid, qoçaq" mənasında işlənən "ər" (or) sözü ilə qıpçaqlara məxsus "qov" (kov) etnoniminin birləşməsindən (287, s. 55, 108) əmələ gəlib, "igid, qoçaq, qov tayfasına məxsus kənd" mənasını ifadə edir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Orqov" kimi yazılır. "Ermənistan Respublikasının inziba- ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin İnzibati ərazisinə daxil edilmişdir (416, s. 210).
Coğrafi koordinatları: 40°20’ şm. e., 44°15' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/