Facebook Pixel Code
Hozukənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Quzu kənd (Hozukənd) - Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, keçmiş Amasiya rayonun­da, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km şimal-qərbdə, Arpagölünün şimal-qərbində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Erməni müəllif­lərinin əsərlərində adı "Kuzikənd", "Xozikənd", "Xozulu" formalarında qeyd edilir (415, s. 20). Erməni müəlliflərinin əsərlərində kəndin sakin­ləri azərbaycanlıların etnik qruplarından olan qarapapaqlar kimi göstərilir (415, s. 20). Kənddə 1886-cı ildə 222, 1897-ci ildə 382, 1908-ci ildə 379, 1914-cü ildə 455 nəfər azərbaycanlı yaşa­mışdır (415, s. 20-21, 104-105). Kənd 1918-1919- cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920- ci ilin fevral ayında erməni silahlı dəstələ­rinin hücumu nəticəsində kənd dağıdılmış, əhali qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində sovet Er­mənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi geri qayıtmışdır. Kənddə 1922-ci ildə 439, 1926-cı ildə 463, 1931-ci ildə 497 (415, s. 20-21, 104-105), 1939-cu ildə 577, 1959-cu ildə 546, 1970-ci ildə 856, 1979-cu ildə 996 (416, s. 51), 1987-ci ildə 984 nəfər azərbay­canlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr ay­larında, 1989-cu ilin yanvarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik tor­paqlarından deportasiya olunmuşdur. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar. Toponim "quz" (Oğuz etnoniminin ərəb dilində işlənən forma­sıdır. (359, II (2), s. 1631; 238, s. 50) türk etno­niminə türk dilində "yaşayış məntəqəsi, şəhər" mənasında işlənən "kənd" sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 8 avqust 1991 -ci il tarixli qərarı ilə kənd "Qarnariç" adlandırılmışdır. "Ermənistan Respublikasının in­zibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 51).

Coğrafi koordinatları: 41°04' şm. e., 43°36' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow