Facebook Pixel Code
Kiçik Qarakilsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Qarakilsə (Pokr Qarakilsa)-İrəvan quberniyasının Alek­sandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 8 km cənubda, də­niz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kəndin adı "Xılqarakilsə", "Xli-Qarakilsə" (427, s. 39), Qafqazın 5 verstlik xəritəsində "Kiçik Qa­rakilsə" (348, s. 117) formalarında qeyd edilmiş­dir. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar ya­şamışdır. 1829-1830-cu illərdə Türkiyənin Qars, Ələşkirt bölgələrindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir (427, s. 40). Hazırda bu­rada yalnız ermənilər yaşayır. Toponim kəndin yaxınlığındakı qara rəngli kilsə-məbədin adı əsa­sında yaranmışdır. Toponimin əvvəlindəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Azatan" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 7-8).

Coğrafi koordinatları: 40°43' şm. e., 43°49' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow