Facebook Pixel Code
Ərzni
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ərzni - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 29 km cənub-qərbdə, Zəngi çayının sol sahilində, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 36), Qafqazın 5 verstlik xəritəsində (348, s. 19) qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur (427, s. 435). İlk dəfə XV əsrdən xatırlanır. Kənddə 1873-cü ildə 96, 1886-cı ildə 197, 1897-ci ildə 121, 1904-cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. Burada indi ermənilər və aysorlar yaşayır. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Arzni" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 33).
Coğrafi koordinatları: 40°17' şm. e., 44°35' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow