Facebook Pixel Code
Ağqala
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağqala - İrəvan quberniyasının Novo-Bəya- zid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 14 km şi­mal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 5). Kənddə 1831 -ci ildə 39 nəfər, 1873-cü ildə 192, 1886-cı ildə 253, 1897-ci ildə 331, 1904-cü ildə 424, 1914-cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır (415, s. 68-69, 144-145). 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuş­lar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti quru­landan sonra öz doğma kəndlərinə dönmüşlər. Burada 1922-ci ildə 3 nəfər azərbaycanlı, 31 er­məni, 1926-cı ildə 76 azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 azərbaycanlı, 111 erməni, 55 kürd (415, s. 69, 145), 1939-cu ildə 442, 1959-cu ildə 287, 1970-ci ildə 2200 nəfər (427, s. 179) azərbaycanlı və erməni əhali yaşamışdır. Sonra- lar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsə­dilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdiril­mişdir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən qo­vulmuş, deportasiya edilmişdir. Toponim rəng bildirən "ağ" sözü ilə "qala" sözünün birləşmə­sindən əmələ gəlmişdir. Kəndin adı buradakı al­banlara məxsus ağ rəngli qaladan götürülmüş­dür. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Berdkunk" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 46).

Coğrafi koordinatları: 40°26' şm. e., 45°06' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow