Facebook Pixel Code
Kiçik Sarıyal
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Sarıyal - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Vi­layət mərkəzi Gümrü şəhərindən 30 km şimalda, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində "Sarıyar" kimi qeyd edilib (415, s. 20). Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məskunlaş- dırılmasından sonra əhali Türkiyəyə köç etmişdir. Ermənilər kənddə 1828-1832-ci illərdə məskun­laşdırılmışlar. Toponim "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən "sarı" sözü ilə (94, s. 74) "hündür bir yerin təpəsi, dikdir, yoxu­şun başı" mənasında işlənən "yal" sözünün (10, s. 479; 339, s. 648) birləşməsindən əmələ gəlmiş­dir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il ta­rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Pokr Sa- riar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 203).

Coğrafi koordinatları: 40°55' şm. e., 44°01' ş. u.           

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow