Facebook Pixel Code
İmanşahlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İmanşahlı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonun­da, İndi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 7 km şimal-qərb­də, İrəvanın cənubunda, Gərni çayından axan arxın yanında, dəniz səviyyəsindən 845 m hün­dürlükdə yerləşir. Kəndin digər adı "İmanşalı" olmuşdur (415, s. 48). "İrəvan əyalətinin icmal dəftəri"ndə "İmanşahlı" (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində "İmanşalu" (348, s. 102) for­masında qeyd edilmişdir. Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. Erməni ədəbiyya­tında İmanşahlı kəndinin 1831-ci ildə salındığı göstərilir (416, s. 139). Əslində, tarixi həqiqət saxtalaşdırılıb. Belə ki 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Gərni na­hiyəsinə daxil olan kəndlərin siyahısında "Iman- şahlı kəndi" qeyd edilmişdir. 1828-1830-cu illərdə İranın Xoy, Səlmas vilayətlərindən ermə­nilər köçürülərək kənddə yerləşdirilmişdir (386, s. 551-554). Burada ermənilərlə yanaşı, 1831-ci ildə 31,1873-cü ildə 17,1886-cı ildə 12,1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48- 49,128-129). 1905-1906-cı illərdə azərbaycanlı­lar erməni silahlıları tərəfindən deportasiya edil­mişdir. Hazırda orada ermənilər yaşayır. Toponim "şaha imanlı, şaha iman göstərənlər" mənasını verən "imanşalı/imanşahlı" nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Mxçyan" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 139).

Coğrafi koordinatları: 40°01' şm. e., 44°29' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow