Facebook Pixel Code
Gözəldərə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xancığaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Quqark (Qarakilsə) ra­yonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 4 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində, dəniz səviyyəsin­dən 1675 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Xancuğaz" (415, s. 52), Qafqazın 5 verstlik xəritəsində "Xan-cuqaz" (348, s. 260) formasında qeyd edilmişdir. Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də "İbrahimli" də adlandırılmışdır (415, s. 52). Burada 1831-ci ildə 33, 1873-cü ildə 295, 1886-cı ildə 345, 1897-ci ildə 393, 1908-ci ildə 523, 1914-cü ildə 650, 1916-cı ildə 576, 1919-cu ildə 582 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 52-53, 130-131). 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olun­muşdur. İndiki Ermənistan ərazisində sovet ha­kimiyyəti qurulandan sonra kəndin sakinləri 1921-ci    ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 712, 1926-cı ildə 697, 1931-ci ildə 880 (415, s. 52-53, 130- 131), 1939-cu ildə 822, 1959-cu ildə 624, 1970-ci ildə 1041, 1979-cu ildə 1091 (427, s. 837), 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırında Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş və kəndə erməniləri yerləşdirmişdir. Hazırda bu­rada ermənilər yaşayır. Toponim "varlı", "sahib­kar", "ağa" mənasında işlənən "xan" sözünə ki­çiltmə mənası bildirən "-cığaz" şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, "kiçik xana məx­sus kənd" mənasını ifadə edir. Erm. SSR AS RH- nin 1 iyun 1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Gözəldərə", sonra 3 aprel 1991 -ci il tarixli qərarı ilə bir daha dəyişdirilərək "Aznavadzor" qoyulmuşdur. "Ermənistan Respublika­sının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayə­tinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 8).

Coğrafi koordinatları: 40°52' şm. e., 44°25' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow