Çiydəmli (Çigdamal) - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Kəndin başqa adı "Cilçay"dır (143, s. 99). Erməni müəlliflərinin əsərlərində kəndin adı "Çidəmli (415, s. 50), Cidamlı, Cif- damlı" (427, s. 41) formalarında da göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ciğdəmli" (143, s. 99), Qafqazın 5 verstlik xəritəsində "Ciğ- damlı" formasında (348, s. 284) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə İranın Səlmas vilayətindən köçürülmüşdür (427, s. 41). Ermənilərlə yanaşı, kənddə 1831-ci ildə 166, 1873-cü ildə 155, 1886-cı ildə 161, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. Toponim qədim türk dilində "həsir toxunmasında istifadə olunan parlaq, gözəl çay bitkisi" mənasında işlənən "cıq" sözü ilə (299, s. 147) mənsubluq bildirən "-h" şəkilçisinin qoşulduğu "ev, bina, tikili" mənasında işlənən "dam" sözünün (10, s. 26; 339, s. 170-171) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Azatavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 8).
Coğrafi koordinatları: 39°59' şm. e., 44°30' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/