Facebook Pixel Code
Ayaslı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ayaslı - İrəvan quberniyasının İrəvan qəza­sında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 7 km şimal-şərqdə, Gərni çayının sahilində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Böyük Ayaslı" formasında (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində "Ayaslı" kimi (348, s. 24) qeyd edilmişdir. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə İranın Xoy və Səlmas bölgələrindən er­mənilər köçürülərək burada yerləşdirilmişdir (427, s. 228; 416, s. 19). Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir (416, s. 19). Erməni tədqiqatçıları tarixi həqiqəti saxta­laşdırmışlar. 1728-ci ildə tərtib edilmiş "İrəvan vəyalətinin icmal dəftəri"ndə Karni nahiyəsinə daxil olan kəndlərin siyahısında Böyük Ayaslı kəndi adında kənd əksini tapmışdır. İllik gəliri 28300 ağçadan ibarət olmuşdur (143, s. 49). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 129, 1873-cü ildə 55, 1886-cı ildə 55, 1897-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar soyqırı­mına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet haki­miyyəti qurulandan sonra azərbaycanlıların az bir qismi tarixi torpaqlarına dönmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 47). Onlar da 1929-1930-cu illərdə qo­vulmuşdur. Hazırda orada yalnız ermənilər ya­şayır. Toponim "ayaslı" etnonimi əsasında əmələ gəlmişdir. 1918-ci ildə kəndin adı dəyişdirilərək "Ayqestan" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ara­rat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 19).

Coğrafi koordinatları: 40°01' şm. e., 44°33' ş. u

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow