Facebook Pixel Code
Məliklər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Məliklər - Yelizavetpol (Gəncə) quberniyası­nın Zəngəzur qəzasında, keçmiş Sisian rayonun­da, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 115 km şimal-qərbdə, də­niz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin digər adı "Məlikli", həmçinin "Qalacıq" olmuşdur. 1921-ci il avqustun 31-də sovet Er­mənistanında Zəngəzur qəzasının yaradılmasın­dan sonra yaşayış məntəqəsi Ermənistanın in­zibati ərazisinə daxil edilmişdir. Kənddə 1831-ci ildə 22,1873-cü ildə 112,1886-cı ildə 209,1897-ci ildə 230, 1908-ci ildə 318, 1914-cü ildə 249 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovul­muşlar (309, s. 205). 1923-cü ildən sonra kəndə ermənilər yerləşdirilmişdir. Hazırda burada yal­nız ermənilər yaşayır. Toponim "məliklər" (məlik­li) etnonimindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 may 1939-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Spandaryan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s.183).

Coğrafi koordinatları: 39°37' şm. e., 45°54' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow