Düzkənd - Qars vilayətinin Qars qəzasının Ağ baba nahiyəsində, keçmiş Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 44 km şimal-qərbdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 132), Qafqazın 5 verstlik xəritəsində (348, s. 90) qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd (415, s. 20). XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə qa ra papaqların yaşadığı göstərilir (415, s. 20). Burada 1886-cı ildə 348, 1897-ci ildə 520, 1908-ci ildə 636, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdır (415, s. 20-21,104-105). 1918-ci ilin mayında türk ordusunun önündən geri çəkilən Andranİkİn qoşunu Düzkənddə kütləvi qırğın törətmiş, sağ qalan əhalinin bir hissəsi Qars vilayətinə qaçmışdır. Kənd 1918-1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Ağbaba nahiyəsinin tərkibində Aleksand- ropol qəzasına daxil edilmişdir. Burada 1922-ci ildə 359, 1926-cı ildə 402,1931-ci ildə 468 (415, s. 20-21, 104-105), 1959-cu ildə 366, 1970-ci ildə 528, 1979-cu ildə 630 (416, s. 10), 1987-ci ildə 580 nəfər (35, s. 168) yalnız azərbaycanlı yaşamışdır. 1988-cİ ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "enişi, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən "düz" sözü ilə (253, s. 70; 278, s. 68; 10, s. 168; 339, s. 195) qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən "kənd" sözünün (359, II (2), s. 1079- 1080; 299, s. 290; 339, s. 270-271) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Alvar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 10).
Coğrafi koordinatları: 4Г03' şm. e., 43’44’ ş. u
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/