Facebook Pixel Code
Ayarlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ayarlı - İrəvan quberniyasının Eçmiədzin qə­zasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 25 km şimal- şərqdə, Abaran çayının qolunun yanında, dəniz səviyyəsindən 975 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 24). Kənddə 1831-ci ildə 38, 1873-cü ildə 265, 1886-cı ildə 252, 1897-ci ildə 355, 1904-cü ildə 353, 1914-cü ildə 373, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150-151). 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqla­rından qırğınlarla deportasiya olunmuşdur. Sağ qalan azərbaycanlılar indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra ata-baba yurdla­rına qayıda bilmişdir. Burada 1922-ci ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 151). Onlar 1924-1925-ci illərdə sıxışdırılaraq kənd­dən çıxarılmış, yerlərinə ermənilər və kürdlər yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşa­yır. Toponim "öz təşkilatı olan və varlılar hesa­bına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə" mənasını bildirən "ayarı" sözü əsasında (338, s. 574) yaranan ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Lernamerdz" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Armavir vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 88).

Coğrafi koordinatları: 40°15' şm. e., 44°15' ş. u

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow