Facebook Pixel Code
Göyyoxuş
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Göyyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 35 km şimal-qərbdə, Bəykənd çayının qolunun üstündə, Ağbulaq və Nalbənd kəndləri arasındakı yolun yaxınlığında, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "yaşıllıq" mənasında işlənən "göy" sözü ilə "dik, çətin çıxılan yer" mənasında işlənən "yoxuş" sö¬zünün (10, s. 561) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Saralanc" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 175).
Coğrafi koordinatları: 40°52' şm. e., 44°05' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow