Ərinc - Kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunun, indiki Vayotsdzor vilayətinin ərazisində mövcud olmuşdur. Paşalı (Vayk) yaşayış məntəqəsindən 16-17 km şimal-şərqdə, Arpa- çayın sağ qolu olan Ərinc çayın sahilində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ər- sinc" (143, s. 60), "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə "Ərnic" (218, s. 60), Qafqazın 5 verstlik xəritəsində "Arinc" (348, s. 19), O.Yeğiazaryanın 1955-ci ildə erməni dilində çap olunmuş "Əzizbəyov rayonunun mədəniyyət abidələri" kitabında "Arinc kənd yeri" (422, s. 109) kimi qeyd edilmişdir. Kənddə 1831-ci ildə 177, 1873- cü ildə 129, 1886-cı ildə 152, 1897-ci ildə 200, 1904-cü ildə 264, 1914-cü ildə 290, 1916-cı ildə 252 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 88-89, 158-159). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlar nəticəsində kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 23, 1926-cı ildə 103, 1931- ci ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 88-89, 158-159), SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. 1949-cu ildə kənd ləğv olunmuşdur. Hazırda xarabalıqdır.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/