Facebook Pixel Code
İydəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İydəli (ermənicə Şenavan) —  Hoktemberyan (keçmiş Sərdarabad) şəhərinin Armavir mərzində (əsl türkcə Qurdqulu) Azərbaycan kəndi. 1831-ci ildə 113 nəfər, 1886-ci ildə - 629 nəfər, 1905-ci ildə - 880 nəfər, 1831-ci ildə - 80 nəfər azərbaycanlı  yaşamışdır. 1918-1920-ci illər qırğınının izləri 11 dəfə demoqrafik tənəzzül şəraitində özünü göstərir. 30-cu illərdə ölümdən xilas olan azərbaycanlılar kəndi tərk etməyə məcbur olublar. Kənddə Türkiyənin Qars və Sürməli vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir.

İydəli - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 14 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 100). 1930-cu illərdə keçmiş Qurduqu­lu rayonunun tabeliyində olmuşdur (415, s. 62). Kənddə 1831-ci ildə 113, 1873-cü ildə 562, 1886-cı ildə 629, 1897-ci ildə 706, 1904-cü ildə 880, 1914-cü ildə 934, 1916-cı ildə 637 (415, s. 62-63, 138-139), 1918-ci ilin əvvəlində 880 nəfər (309, s. 219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq ata-baba torpaqlarından deportasiya olunmuş­dur (309, s. 219). Kəndə Türkiyənin Ələşkirt, Bə­yazid, Samsun, Ərzurum və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (416, s. 202). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik tor­paqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 87, 1926-cı ildə 55, 1931-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır (415, s. 62- 63,138-139). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Topo­nim Azərbaycan dilində işlənən "iydə" ağac adı­na "-li" şəkilçisinin artırılması ilə əmələ gəlmiş­dir. Erm. SSR AS RH-nin 10 aprel 1947-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Pşatavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 202).

Coğrafi koordinatları: 40°02' şm. e., 44°04' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow