Cəfərabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 13 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 81). Tarixən burada azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər, əsasən, 1917-1918-ci illərdə İranın Xoy, Türkiyənin Sürməli və Muş vilayətlərindən köçürülmüşdür (427, s. 844). Toponim "Cəfər" şəxs adı ilə fars dilindən Azərbaycan dilinə keçən "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer" mənasında işlənən "abad" sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Getaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 57). Coğrafi koordinatları: 40°02' şm. e., 43°56' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/