Facebook Pixel Code
Qızılcıq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qızılcıq - Yelizavetpol (Gəncə) quberni­yasının Zəngəzur qəzasında, keçmiş Sisian ra­yonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 99 km şimal-qərb­də, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermə­nistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xə­ritəsində qeyd edilmişdir (348, s. 132). Kənddə 1873-cü ildə 165, 1886-cı ildə 287, 1897-ci ildə 407, 1908-ci ildə 450, 1914-cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146- 147). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq de­portasiya olunmuşdur. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişlər. Kənddə 1922-ci ildə 189, 1926-cı ildə 122, 1931-ci ildə 292 (415, s. 76-77, 146-147), 1939-cu ildə 441, 1959-cu ildə 587, 1979-cu ildə 651 (416, s. 84), 1987-ci ildə 466 nəfər (85, s. 184-185) azərbay­canlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən yaşadıq­ları ərazidən qovulmuşlar. İndi kənddə ermənilər yaşayır. Toponim torpağın rəngini bildirən, "qır­mızı" mənasında işlənən "qızıl" sözünə kiçiltmə mənası bildirən "-cıq" şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyiş­dirilərək "İşxanasar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 84).

Coğrafi koordinatları: 39°33' şm. e., 46°02' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow