Facebook Pixel Code
Maqda
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Maqda - İrəvan quberniyasının Eçmiəd­zİn qəzasında, keçmiş Əştərək rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aş­tarak (Əştərək) şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 1725 m hündürlükdə yer­ləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 90), Qafqazın 5 verstlik xəritəsində (348, s. 163) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 38,1873-cü ildə 195, 1886-cı ildə 226, 1897-ci ildə 296, 1908-ci ildə 268, 1914-cü ildə 284, 1916-cı ildə 399 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107). 1918-ci ildə kəndin azərbay­canlı əhalisi erməni silahlı birləşmələrinin təca­vüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyənin Muş və Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Toponim "muq" etnoniminin fars dilində forması olan "maq" etnonimi (333, s. 91-92) və "-da" to- poformantı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nİn 1 dekabr 1949-cu il tarixli qərarı İlə kəndin adı dəyişdirilərək "Lernarot" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-əra­zi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 89).

Coğrafi koordinatları: 40°21' şm. e., 44°07' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow