Facebook Pixel Code
Goravan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Goravan - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 19 km cənub-şərqdə, Vedi çayının sahilində, Vedi kəndinin cənubunda, də­niz səviyyəsindən 925 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan (143, s. 51), Qafqazın 5 verstlik xəritəsində "Goravan" kimi (348, s. 61) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 59, 1873-cü ildə 244, 1886-cı ildə 325,1897-ci ildə 530, 1904-cü ildə 634, 1914-cü ildə 697, 1916-cı ildə 614 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 84-85, 154-155). 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı bir­ləşmələri tərəfindən qırğınlarla qovulmuş, bu­raya isə Türkiyənin Muş, Çatax və Van bölgələ­rindən köçürülüb gətirilən ermənilər yerləş­dirilmişdir. Kənddə 1922-ci ildə 393 azərbay­canlı, 164 erməni, 1926-cı ildə 403 azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 azərbaycanlı, 135 erməni (415, s. 84-85, 154-155), 1939-cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ova­lığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi Azərbay­cana köçürülmüşdür. İndi kənddə yalnız ermə­nilər məskunlaşıb. Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında iş­lənən "kora" sözünə (359, II (1), s. 551), urartu dilində "ölkə, yer" mənasında işlənən "ebani", "abani" sözünün (332, s. 68; 258, s. 75) fonetik forması olan "avan" (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Toponimin "Kürəvan" formasının kökünü "kürə" sözü təşkil edir. Bu söz də qədim türk dilində "kura" formasında "mal-qara pəyəsi" mənasını ifadə edir (359, II (1), s. 920). "Kora" və "kura" eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Kəndin adı Erm. SSR AS RH-nin 4 aprel 1944-cü il tarixli qərarı ilə dəyişdirilərək "Yenikənd" qoyulmuş­dur. Sonra Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı yenidən dəyişdi­rilərək "Goravan" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 62).

Coğrafi koordinatları: 39°54' şm. e., 44°44' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow