Facebook Pixel Code
Kiçik Pərni
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Bekyand", "Kiçik Bek- yand" kimi qeyd edilir (427, s. 287). Vilayət mər­kəzi Gümrü şəhərindən 23 km cənub-şərqdə, Ala­göz dağının şimal-qərbində, dəniz səviyyəsin­dən 1720 m hündürlükdə yerləşir. "İrəvan əyalə­tinin icmal dəftəri"ndə Bəykənd kimi (143, s. 126), Qafqazın 5 verstlik xəritəsində Kiçik Bekand for­masında (348, s. 36) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqa­viləsinə (1829) əsasən İrəvan xanlığının ərazi­sində ermənilərin Türkiyədən köçürülüb məskun- laşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim qədim türk dilində "təpə, yük­səklik" mənasında işlənən "bək (bak, bəy)" sözü ilə (278, s. 35) "kənd" sözünün birləşməsindən əmələ gəlib, "təpəlik, dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Orotoponimdir. 1920-ci ildə adı dəyişdirilərək "Pokr Parni", Erm. SSR AS RH-nin 7 may 1969-cu il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Anuşavan" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 22).

Coğrafi koordinatları: 40°38' şm. e., 43°58' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow