Facebook Pixel Code
Aşağı Əylənli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Əylənli - İrəvan quberniyasının Eç­miədzİn qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 7    km cənub-qərbdə, Kasax çayının sağ sahi­lində, dəniz səviyyəsindən 890 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 8). Kəndin digər adı Əylənli- Yasaxlu olmuşdur (415, s. 80; 348, s. 8). Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828-1830-cu illərdə kəndə İrandan köçürülüb gətirilən ermə­nilər yerləşdirilmişdir (386, s. 583-586). 1830-cu il­dən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə er­mənilərlə yanaşı, 1831-ci ildə 59, 1897-ci ildə 8    nəfər azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150). Onlar 1890-cı illərdə ermənilər tərəfindən sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovul­muşdur. Hazırda kənddə ermənilər yaşayır. Topo­nim "Əylənli" nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində "Əy- lənoğlu" formasında qeyd edilir (238, s. 185). "Aşağı" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Lenuği", 1991-ci ildən isə "Xoronk" adlandırılmışdır. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Arma­vir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 98).

Coğrafi koordinatları: 40°08' şm. e., 44°14' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow