Facebook Pixel Code
Avdalağalı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Abdalağalı - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Mar- tuni) rayonunda, Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 75 km şimal-şərqdə, dəniz səviyyəsindən 1940 m hün­dürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlə­rində Avdalağalu formasında qeyd edilir (415, s. 66). Qafqazın 5 verstlik xəritəsində qeyd edil­mişdir (348, s. 1). Ermənilərlə yanaşı, 1897-ci il­də 10 nəfər azərbaycanlı yaşamışdır (415, s. 67). XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticə­sində azərbaycanlılar kəndi tərk etmişlər. Topo­nim türk mənşəli "abdal" etnoniminə əsaslanan (355, s. 165) Abdalağalı tayfasının adından ya­ranmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Vağa- şen" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarku­nik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 185).

Coğrafi koordinatları: 40°08' şm. e., 45°19' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow