Facebook Pixel Code
Becəyəzli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Becəyəzli (Bekciqazlı) İrəvan quberniyası­nın İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Artaşat şəhərindən 500 m şimal-şərqdə, dəniz səviyyə­sindən 835 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Bekciqazlı formasında (348, s. 36) qeyd edilmişdir. Kəndin adı Becazlı forma­sında sabitləşmişdir (266, s. 264). Tarixən burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər bu­raya 1823-1830-cu illərdə İranın Xoy və Səlmas bölgələrindən köçürülmüşdür (386, s. 551-554). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 102, 1873-cü ildə 22, 1886-cı ildə 19, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1905-1906-cı illərdə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqı­rımına məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Sağ qalan azərbaycanlılar indiki Er­mənistan ərazisində sovet hakimiyyəti qurulan­dan sonra 1920-1924-cü illərdə öz kəndlərinə qayıda bilmişdir. Burada 1926-cı ildə 15 nəfər, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s. 47 127). SSRİ Nazirlər Sovetinin Ermə­nistan ərazisindən azərbaycanlı əhalinin Azər­baycanın Kür-Araz ovalığına köçürülməsi haq­qında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-ci ildə zorla Azər­baycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qədim türk dilində "möhkəm", "bərk" mənasında işlənən "bek" sözü ilə (299, s. 92) "qaz" (kas) türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Toponimin so­nundakı "-lı" mənsubluq bildirən şəkilçidir. Erm. SSR AS RH-nin 20 iyul 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vostan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 163).

Coğrafi koordinatları: 39°57' şm. e., 44°33' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow