Facebook Pixel Code
Əhəngçi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağakiçik (Ahaqçı) - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Talın (Talin) rayonunda, Ara- qatsotn vilayətində kənd. Vilayət mərkəzi Aşta- rak (Əştərək) şəhərindən 58 km şimal-qərbdə, Mastara çayının yanında, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 3). Kəndin adı erməni müəlliflərinin əsərlərində, əsasən, Ahaqçi kimi qeyd edilir (415, s. 34; 427, s. 147). Kənddə 1873-cü ildə 160, 1886-cı ildə 257, 1897-ci ildə 301, 1904-cü ildə 359, 1914-cü ildə 383, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşa­mışdır (415, 34-35, 116-117). 1918-ci ildə kən­din (erməni təcavüzünə məruz qalaraq) əhalisi - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqla­rından deportasiya olunmuş, 1915-1916-cı il­lərdə Türkiyənin Sasun, Taron, Muş, Ələşkirt, Ər­zurum, Qars, İranın Xoy vilayətlərindən köçürü­lüb gətirilən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir (85, s. 111; 416, s. 133). Hazırda kənddə ermənilər yaşayır. Toponim "ağa" və "ki­çik" sözlərindən əmələ gəlib, "kiçik ağaya mən­sub kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilib "Zovasar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Araqatsotn vilayətinin inzibati ərazisinə da­xil edilmişdir (416, s. 133).

Coğrafi koordinatları: 40°28' şm. e., 43°57' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow