Güney - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, keçmiş Karvansara (İcevan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 24 km şimal-qərbdə, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "cənub, gün düşən yer" mənasında işlənən "güney" sözü əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH- nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Getaşen", 25 may 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Kirants" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 112).
Coğrafi koordinatları: 41°03' şm. e., 45°06' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/