22.Ağqıraq - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda kənd. Martuni şəhərindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da (386, s. 595-596;415, s. 66; 427, s. 180), sonralar erməni müəlliflərinin əsərlərində Əliqırıq (415, s. 66), Əliqrağı, Əliqraq kəndi (427, s. 85) kimi sabitləşdirilmişdir. XX əsrin ortalarında kənd Əliqrıx da adlandırılmışdır (415, s. 66). Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir (348, s. 12). 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 66-67). Sonradan onlar da kənddən deportasiya edilmişdir.1828- ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra -1829- 30-cu illərdə ermənilər Ağqıraq kəndinə Türkiyənin Ələşkirt və Van bölgəsindən köçürülüb yerləşdirilmiş, (386, s. 595-598; 427, s. 345; 416, s. 25), azərbaycanlılar isə deportasiya olunmuşdur. Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır. Toponim qədim türk dilində "kiçik, balaca" (359, I (1), s. 96), əra- zicə çox da geniş olmayan (94, s. 68) mənasında işlənən "ağ" sözü ilə, sahil mənasında işlənən "qıraq" sözü (359, II (2), s. 161) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3 noyabr 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Astğad- zor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 25).
Coğrafi koordinatları: 40°07' şm. e., 45°21' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/