Facebook Pixel Code
Böyük Dəlilər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Böyük Dəlilər - İrəvan quberniyasının İrə­van qəzasında, keçmiş Qəmərli (Artaşat) rayo­nunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 24 km şi­mal-qərbdə, Gərni çayından axan arxın yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerlə­şir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Dəlilər" formasında (143, s. 49), Qafqazın 5 verstlik xə­ritəsində "Böyük Dəlilər" kimi (348, s. 74) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində "Dəlilər kəndi" kimi göstərilir (415, s. 48). Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı qeyd edilir (416, s. 64). Əslində, tarixi həqiqət saxtalaşdırılıb. Çünki 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Karni na­hiyəsinə daxil olan kəndlərin tərkibində illik gə­liri 20000 ağçadan ibarət olan (143, s. 49) Dəlilər kəndinin adı göstərilir. Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır (415, s. 48-49, 128- 129). Kəndə ermənilər 1828-1829-cu illərdə İra­nın Xoy vilayətindən köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 46, 1873-cü ildə 115, 1886-cı ildə 124, 1897-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48- 49, 128-129). 1918-ci ildə azərbaycanlılar er­məni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndə az sayda azərbaycanlı qayıda bil­mişdir. Burada 1922-ci ildə 5, 1926-cı ildə 4, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). XX əsrin 30-cu illərinin ortalarında kənddə olan azərbaycanlılar Ermə­nistan dövlətinin göstərişi ilə tamamilə qovul­muşlar. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qədim türk tayfası olan "tele (dəli)" et­noniminə (180, s. 21) cəmlik bildirən "-lər" şəkil­çisinin artırılması əsasında əmələ gəlmişdir. To- ponimdəki "böyük" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dalar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 64).

Coğrafi koordinatları: 39°58' şm. e., 44°32' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow