Facebook Pixel Code
Körpəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Körpəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayo­nunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 14 km şimal-şərqdə, dəniz səviyyəsindən 860 m hün­dürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrə­van əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 163), Qafqazın 5 verstlik xəritəsində (348, s. 130) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanlı­lar yaşamışlar. Türkmənçay müqaviləsindən son­ra - 1828-1829-cu illərdə İranın Xoy vilayətin­dən köçürülən ermənilər kəndə yerləşdirilmişlər (427, s. 476). Hazırda kənddə ermənilər yaşayır. Toponim körpəli tayfasının adı əsasında forma­laşmışdır. Etnotoponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arşaluys" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 36).

Coğrafi koordinatları: 40°10' şm. e., 44°12' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow