Facebook Pixel Code
Kənkan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kənkan - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Ellər (Abovyan) rayonun­da, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 53 km cənubda, də­niz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 155) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 548,1886-cı ildə 772, 1897-ci ildə 740, 1904-cü ildə 939, 1914-cü ildə 1144,1916-cı ildə 1231 nəfər yalnız azərbay­canlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələri tərə­findən soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülüb gə­tirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdla­rına dönə bilmişlər. Kənddə ermənilərdən başqa, 1922-ci ildə 72, 1926-cı ildə 98, 1931-ci ildə 147 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin "Kolxozçu­ların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il ta­rixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazır­da kənddə yalnız ermənilər yaşayır. Toponim fars dilində "quyu qazan, quyuçu" mənasında işlənən "kankan" sözü (104, s. 273) əsasında yaranmışdır.

Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hatis" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 119).

Coğrafi koordinatları: 40°20' şm. e., 44°43' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow