Facebook Pixel Code
Düzkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Düzkənd - İrəvan quberniyasının Aleksandro­pol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayo­nunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-şərqdə, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerlə­şir. İndi Ermənistan adlanan ərazidə sovet haki­miyyəti qurulandan sonra 31 dekabr 1937-ci ildə yaradılan rayonun adı və mərkəzi olmuşdur. XVIII əsrə aid mənbədə - "İrəvan əyalətinin ic­mal dəftəri"ndə "Böyük Düzkənd", "Kiçik Düz­kənd" adlı iki kəndin adı göstərilir (143, s. 132). Erməni müəlliflərinin əsərlərində Düzkənd kən­dinin digər adı kimi Böyük Düzkənd göstərilir (415, s. 42). Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 90). 1828-ci ilə kimi azərbaycanlılar ya­şamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Hazırda kənddə er­mənilər yaşayır. Toponim türk dilində "düzənlik, çöl, düzəngah" mənasında işlənən "düz" sözünə (253, s. 70; 339, s. 195) "kənd" coğrafi nomeni- nin artırılması yolu ilə yaranmışdır. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Axuryan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 11).

Coğrafi koordinatları: 40*65’ şm. e., 43’54' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow